Uran a.k.a Da Vinci Əsl Adı: İbrahim 1983 ci ildə Xaçmaz Şəhərində doğulub. 2000 ci ilin martın 9 da ilk rapını yazır.Cəmiyyətin iyrənc standartları,haqsızlığı, kasıb həyat tərzi, həmçinin 1994-98 ci illərdə Xaçmazın bir ghettosunda keçirdiyi illər eyni zamanda daxil olduqdan sonra cəmiyyətin iç üzünü kəşf etməsi onun yaradıcılığına böyük təsir göstərir.
İlk rep yığmaları rus reperlərinə məxsus olub.Sonraki illərdə 2 Pac ve Eminemdən təsirlənib. Rep'de ilk təxəllüsü Mr Ib Olur.2001 ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb.Grup 3 nəfərdən ibarət idi. Snake,Emil ve Mr.Ib (Uran)Həmin ilin aprelində grup, "Mənim lomka həyatım" treki ilə Vətən diskotekasında keçirilən underground festivalda 4 cü yeri tutur.Grup üzvlərinin təkidinə baxmayaraq Mr. Ib Mc kimi yox yalnız arxa planda - söz yazarı olmağa davam edirdi.Mr.IB əvvəlcə ümumiyyətlə rep demək fikrində deyil, özləri söz yaza bilməyən reperlərə satmaq fikrində idi.2001 ci ilin sonunda M.S.Street qrupu dağılır ve Mr.Ib müstəqil fəaliyyətini davam etdirir.Elə həmin il oktyabr ayının 19'da Bakı Slavyan Universitetinin akt zalında,universitetin SHK'nın tegdimat gecəsinde ilk çıxışını edir.Minus:The next episode, mövzu:"Həyatın esl üzü" Bu dövrlər telekanallarda çalışan 2 neferin dəvəti ilə qrup yaratmaq qərarına gəlsə də bu baş vermir. Qrup yaransaydı Mr Ib qrupun adını Uran adlandıracaqdı. 2002 ci ilin yanvarın 20 de Emo adlı yeni başlayan reprin təşəbbüsü ilə qrup yığılır. 3 mc Mr Ib,onun kursant dostu Nicks ve Emo,qrupun beatmakeri CeyhunN idi.Grup Uran adlandırılır. Qrup CeyhunN ve Mc Rein'in JFM adlı Homestudiosunda formalaşır və ilk treki burda yazırlar.. ("Baş ağrıları" Sözlər:Mr.Ib, minus CeyhunN) 2003 15 mart: Emo qrupu tərk edir. 2003 5 oktyabr: Mr Ib Caspian Clan'la tanış olur.Klanla onu Caspian Clanın üzvü Əli tanış edir. 2003 9 oktyabr:Uran qrupu AAHM'nin Hip Hop klani MSB (Military School Boyz) Klanda 1 break dance qrupu ve Uran'dan başqa 2 rep qrupu var idi.Cihad (Elxan,Ragif,Namiq) ve Zülmet (Kolt,Mirze,Emil) Sonradan Cihad fəaliyyətini dayandırır.. Emil isə Zülməti tərk edir. Qrup adını dəyişdirərək Drugs qoyur. 2003 12 oktyabr : Mr.Ib plagiat minus altında özünün ilk solo trekini yazdırır. (S.V.D.M) yazılma Caspian Clan Records'da olur. 2003 16 oktyabr:Uran grupunun "Millətçi" adlı treki ilk defe radioda səslənir.Trek 2 ci səslənmədən sonra top 10 da 9 yeri tutur.(101 fm- Ya Bizimkilər) 2003 21 noyabr: Uran qrupu partydə ilk çıxışını edir.Mr Ib öz freestyle bacarığını ilk dəfə 4 mc'ye qarşı (Sirius,Nadir,Cin,Gara Mehdi) göstərir..(Uranı hələ indiyə kimi freestyle'de heç kim məğlub edə bilməyib) 2003 21 dekabr: MSB klan "Ozan" barında ilk partysini keçirir.(30 nəfər tamaşaçı) PArtydə Uran və Drugs qruplarından başqa Dələduzlar və Təkbətək qrupları və Titan adll namelum bir roker çıxış edir. 2004 11 yanvar: Mr Ib solo fəaliyyəti üçün Caspian Clan'ın dəvəti ilə klana 8- ci üzv kimi seçilir və artıq 3 cəbhədə Həm Uran qrupunda həm MSB-də həm də Caspian Clanın tərkibində çalışmalı olur. 2004 14 iyun : NickS qrupu tərk edir, beləliklə Uran grupuna son qoyulur. Qrupun adının itməməsi və qazanılan uğurları məhz Uran adı ilə davam etdirilməsi üçün Mr Ib təxəllüsünü Uran'a dəyişir. Bu arada Uran qrupunun Sumqayıt şəhərində lisenziyasız çox az, cəmi 20 tirajda albomu çıxmışdı.Albom "Mənasız Şeylər" adlanırdı. Alboma 9 trek daxil idi 6 si Uran qrupuna, 2 trek Drugs qrupuna, 1 trek isə duet Uran feat Drugs. 2004 10 oktyabr:Uran Mən də varam adlı telemüsabiqəyə qatılmaq üçün digər 31 nəfərlə birgə Space Tv'lə müqavilə imzalayir. Uran bu müsabiqənin iştirakçıları siyahısına istəmədən və xəbəri olmadan, Caspian Clanın üzvü Elninonun təşəbbüsü ilə gatılır. 1 dekabr 2004: Uran böyük əziyyətlə oxuduğu məktəbin xəbəri olmadan verilişə qatılır və seçmə turunu keçirir. Müsabiqə 2005 ci ilin aprelinde Uranın 2 ci yer tutması ilə sona çatır. Elə həmin ay Uranın "Hörmətlə Uran" adlı ilk solo albomu işıg üzü görür.Albom satış rekordları qırır. 10 trekden ibarət bu albomda sözler Urana, Minuslar isə: Elnino,Virtual ve Urana məxsus olur. 2006 2 fevral:Uran, British Council'in təşəbbüsü ilə "Urban Culture" adı altında keçirilən Hip Hop show'da iştirak edir və əsl mc'nin nə demək olduğunu hər kəsə sübut edir. 2007 ci ilin aprel ayından Uran, pop,rep,xalg musigisi,reggi,rok,jazz kimi musigi janrlari arasında keçirilən Mən də Varam 3 telemusabiqəsinə qatılır və 1 ci yeri tutur. 2007 ci ilin avgust ayında Uran, Azerbaycanın ilk rep Labeli olan Da Streetz'in tərkibinə daxil olur. Bundan sonra artiq 3 ildir üzərində işlədiyi və səbirsizliklə gözlenilən Mənasız Şeylər adlə 2 ci solo albomunun üzərinde çalişmanı davam etdirir.Master T'nin produsserliyi altında çıxacaq bu albom yaxınlarda Rap dinləyicilərini sevindirəcək. www.myspace.com/urancaspianclan